Ronaldoya yaraşmayan göstərici – 23 zərbə, 0 qol

3-09-2018, 16:59           
Ronaldoya yaraşmayan göstərici – 23 zərbə, 0 qol
Ronaldoya yaraşmayan göstərici – 23 zərbə, 0 qol

Bu yay “Real”dan “Yuventus”a keçən Kriştiano Ronaldo hələ də İtaliya A Seriyasında qol hesabını aça bilməyib.


Portuqaliyalı hücumçu rəqib qapılarına 23 zərbə endirsə də, bunlardan heç biri qol olmayıb. İtaliya mətbuatı Ronaldonun bu göstəricisinin Avropada ən pis nəticə kimi qiymətləndirib.


Qeyri-dəqiq zərbələrdə ikinci yeri “Nant”ın yarımmüdafiəçisi Valenten Ronjye tutur. Onun 15 zərbəsi hədəfdən yayınıb. Üçüncü yerdə “Kristal Palas”dan Kristian Benteke (13) qərarlaşıb.


Qeyd edək ki, “Yuventus” 33 yaşlı futbolçu üçün “Real”a 112 milyon avro təzminat ödəyib. Futbolçu özü isə ilinə 30 milyon avro qazanacaq / korner.az /












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru