“Qarabağ”ın oyunu təxirə salına bilər

27-09-2018, 06:51           
“Qarabağ”ın oyunu təxirə salına bilər
"Qarabağ" klubunun Azərbaycan Premyer Liqasının VII turunda "Keşlə" ilə nəzərdə tutulan səfər oyunu təxirə salına bilər.

BakuPost-un "Report"a istinadən məlumatına görə, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov bildirib.

O, deyib ki, oktyabrın 6-da keçirilməli olan qarşılaşmanın başqa vaxta keçirilməsi üçün Peşəkar Futbol Liqasına (PFL) müraciət edəcəklər: "Oyunların təxirə salınmasını xoşlamıram. Lakin oktyabrın 4-də "Arsenal"ı qəbul edəcəyik. Bundan 2 gün sonra isə "Keşlə" ilə görüşümüz nəzərdə tutulub. Təbii ki, oktyabrın 6-da oynaya bilmərik. Oyunu oktyabrın 7-nə keçirsək, Azərbaycan yığmasının Farer adaları və Malta ilə keçirəcəyi UEFA Millətlər Liqasındakı qarşılaşmalarına hazırlaşmağa cəmi 4 gün vaxtımız qalacaq.

Sabah "Keşlə" ilə görüşümüzün təxirə salınması xahişi ilə PFL-ə müraciət edəcəyik. Çox istərdik, oynayaq. Ancaq bu, elə bir an oldu ki, 2 gün fərqlə meydana çıxmaq mümkün deyil. Həm "Keşlə", həm də PFL-dən xahiş edəcəyik ki, oyun təxirə salınsın".

Qeyd edək ki, "Qarabağ"ın I turdan təxirə salınan "Zirə" ilə oyunu bu gün keçirilib. Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 3:2.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru