PFL LƏĞV OLUNUR! - Ramin Musayev klub prezidenti olacaq

29-09-2018, 08:23           
PFL LƏĞV OLUNUR! - Ramin Musayev klub prezidenti olacaq
Azərbaycanda Peşəkar Futbol Liqası ləğv olunur.

Sportlife.az-a AFFA-dan ötürülən özəl məlumata görə, artıq AFFA rəhbərliyi bu barədə qərar verib, onun icrası isə gələn ilə mart ayına nəzərdə tutulub.

PFL yaranandan ona rəhbərlik edən Ramin Musayev isə “Neftçi”yə prezident təyin olunacaq. Vaxtilə uzun müddət bu klubda çalışmış Musayevn paytaxt təmsilçisinə rəhbər təyinatı elə bu ilin noyabr-dekabr aylarında gerçəkləşə bilər. Gələn ilin ilk aylarında isə PFL-in tamamilə ləğvi rəsmiləşəcək.

2008-ci ildən fəaliyyətdə olan bu qurumun ləğvi AFFA-nın baş katibi Elxan Məmmədovun təşəbbüsü sayəsində baş tutacaq. O, bununla AFFA-nın xərclərinin azaldılmasını nəzərdə tutub. Bu barədə yekun qərar isə yaxın aylarda keçiriləcək İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq.

Qeyd edək ki, əslində hələ Kamran Quliyevin prezident təyin olunmasından öncə Ramin Musayevin kadrı sayılan futbol funksionerlərindən biri "Neftçi"yə prezident gəlməli idi. Lakin, Elxan Məmmədovun şərtli xahişi ilə Kamran Quliyev bu posta gətirildi. Görünür, Elxan Məmmədov PFL-in ləğv olunması istəyinin həyata keçməsi üçün bu dəfə Musayevə güzəştə gedəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.