“Traktorsazi” 3 xalı 6 cavabsız qolla qazandı

28-09-2018, 23:28           
“Traktorsazi” 3 xalı 6 cavabsız qolla qazandı
Futbol üzrə İran çempionatında 8-ci turun oyunları keçirilir.

Sportlife.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu doğma meydanda “İstiqlal Xuzistan”la qarşılaşıb. “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi, uelsli mütəxəssis Con Toşakın çalışdırdığı “traktorçular” bu görüşdə darmadağınla qalib gəlib – 6:0.

Təbrizin digər təmsilçisi “Maşinsazi” isə sabah səfərdə “Fulad Xuzistan” ilə üz-üzə gələcək.

Hazırda 13 xala malik “Traktorsazi” 16 iştirakçı arasında 5-ci, “Maşinsazi” isə 7 xalla 12-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru