Azərbaycan millisindən növbəti qələbə –Kişi və qadın şahmatçılarımız Çexiya komandasına qalib gəldi

1-10-2018, 07:22           
Azərbaycan millisindən növbəti qələbə –Kişi və qadın şahmatçılarımız Çexiya komandasına qalib gəldi
Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında bu gün VI turun görüşləri keçirilib.

Strateq.az xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət yığması Çexiya ilə qarşılaşıb və görüş millimizin 3:1 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov və Arkadi Naydiç qələbə qazanıb. Qara fiqurlarla çıxış edən Teymur Rəcəbovla Rauf Məmmədov heç-heçə edib. Bununla da xalını 12-yə çatdıran millimiz turnir cədvəlinin ilk sırasındakı mövqeyini yaxşılaşdırıb.

Qadınlardan ibarət millimiz beşinci qələbəsini qazanıb. Millimiz turnirin VI turunda Latviya ilə qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qadın millimizin aktivində hazırda on xal var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru