Oyuna hakim göndərməyi unutdular - AZƏRBAYCANDA

1-10-2018, 07:58           
Oyuna hakim göndərməyi unutdular - AZƏRBAYCANDA
AFFA-nın bayrağı altında keçirilən U-15 Liqasında kuryoz bir hadisə baş verib.

Teref.az xəbər verir ki, Sportlife.az saytının əldə etdiyi məlumata görə, AFFA-nın Hakim və Hakim-İnspektorlar Komitəsi bu günə nəzərdə tutulan "Neftçi" - "Gəncə" oyununa hakim təyin etməyi unudub.

Hadisənin üstü isə bu oyun başlayan zaman açılıb. Belə ki, komandalar meydana çıxsalar da, hakimlərin gəlib çıxmadığını görən klub rəsmiləri AFFA ilə əlaqə saxlayıblar. Məhz bu vaxt məlum olub ki, AFFA rəsmiləri təyinatları açıqlayarkən sözügedən görüşü unudublar.

Matçı təxminən 20-25 dəqiqə yan xətt hakimi idarə edib. Baş hakim isə təxminən 40 dəqiqədən sonra gəlib çıxıb. İkinci yan xətt hakimi də işinin başına sonradan gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru