Zidan İngiltərənin məşhur klubuna gətirilir - ŞOK İDDİA

2-10-2018, 08:49           
Zidan İngiltərənin məşhur klubuna gətirilir - ŞOK İDDİA
Ötən mövsümün sonunda "Real"ın baş məşqçi postundan öz istəyi ilə ayrılan Zinəddin Zidanla bağlı şok iddia ortaya atılıb.

Publika.az xəbər verir ki, həm futbolçu, həm də baş məşçi kimi uğurlu karyerası olan Zizunun növbəti iş yeri İngiltərə Premyer Liqasında olacaq. Son turda "Vest Hem"ə məğlub olan (1:3) "Mançester Yunayted" son 29 ildə ən pis mövsüm başlanğıcını keçirir. Bu da komandanın baş məşqçisi Joze Mourinyonun kreslosunu laxladıb.

İstefası gündəmdə olan portuqaliyalı mütəxəssisin yerinə məhz Zidanın gətiriləcəyi iddia olunur. Artıq Zizunun ingilis dilini öyrənməyə başladığı da deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru