Qadın şahmatçılarımızdan növbəti uğur

2-10-2018, 22:09           
Qadın şahmatçılarımızdan növbəti uğur
Azərbaycanın qadınlardan ibarət şahmat millisi Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.
"GoldNews.az" xəbər verir ki, yığma VIII turda meydan sahibləri Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının üstünlüyü ilə yekunlaşıb - 2,5:1,5.

Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova öz görüşünü heç-heçə ilə başa vurduğu halda, Zeynəb Məmmədyarova dueldən məğlub ayrılıb.


Bu nəticədən sonra qadınlardan ibarət milli komanda 13-cü xalını qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru