“Arsenal” “Qarabağ”la oyuna 2-ci heyətlə çıxır?

2-10-2018, 22:58           
“Arsenal” “Qarabağ”la oyuna 2-ci heyətlə çıxır?
İngiltərə mətbuatı Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"ın qonağı olacaq "Arsenal"ın start heyəti ilə bağlı xəbər yayıb.

Teref.az qol.az-a istinadən xəbər verir ki, "Express" nəşri London klubunun səfər matçına ikinci heyətlə çıxacağını yazıb.

İngiltərəli həmkarlarımız komandanın liderləri - Məsut Özil, Pyer-Emerik Obameyanq, Aleksandr Lyakazett və Qranit Çakanın ehtiyatda qalacağını və yalnız ehtiyac olarsa, meydana çıxacaqlarını yazıb.

Qapıçı: Brend Leno

Müdafiəçilər: Sead Kolaşinaç, Rob Xoldinq, Sokratis Papastatopulos, Stefan Lixtştayner

Yarımmüdafiəçilər: Matteo Genduzi, Məhəmməd Elnini, Aleks Aybobi, Аaron Remzi, Emil Smit-Rou

Hücumçu: Denni Uelbek

Siyahıdakı futbolçulardan yalnız Rob Xoldinq İngiltərə Premyer Liqasının son turunda "Uotford"la keçirilən görüşdə start heyətdə meydana çıxıb. Digər futbolçuların hər biri heyətə düşməkdə çətinlik çəkir. Kolaşinaç, Elnini və Smit-Rou isə ümumiyyətlə Premyer Liqa oyununda iştirak etməyib.

Xatırladaq ki, "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Oyun 20.55-də başlanayaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru