Azərbaycan üzgüçüsü Dünya Kubokunda qızıl və bürünc qazandı

3-10-2018, 21:28           
Azərbaycan üzgüçüsü Dünya Kubokunda qızıl və bürünc qazandı
Azərbaycan üzgüçüsü Maksim Şemberev Hollandiyanın Eindhoven şəhərində Dünya Kuboku mərhələsində bir qızıl və bir bürünc medal qazanıb.

BakuPost-un məlumatına görə, bu barədə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı deyib.

M.Şemberev 1500 metr məsafəyə sərbəst üsulla yarışlarda qızıl, 400 metr məsafəyə kompleks yarışında isə bürünc medal qazanıb.

F.Bənənyarlı qeyd edib ki, hazırda 400 metr məsafəyə üzmə yarışlarında M.Şemberev dünya reytinqində 10-cu, Avropa reytinqində isə 3-cü yerdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru