DÇ: Yığmamız növbəti qələbəsini qazandı

3-10-2018, 22:40           
DÇ: Yığmamız növbəti qələbəsini qazandı
Azərbaycanın qadınlardan ibarət yığma komandası Yaponiyada keçirilən dünya çempionatında növbəti oyununu keçirib.

Virtualaz.org bildirir ki, IV tur çərçivəsində Trinidad və Tobaqo yığması ilə qarşılaşan millimiz hər 3 setdə rəqibdən üstün olub – 29:27, 25:16, 25-17.

Bu qələbə ilə xalını 4-ə yüksəldən voleybolçularımız qrupda Tailandla 3-4-cü yerləri bölüşür. Yığmamızın yer aldığı C qrupunda ABŞ 9 xalla 1-ci, Rusiya isə 8 xalla ikincidir. İlk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Xatırladaq ki, millimiz bundan əvvəl Cənubi Koreyanı 3:1 hesabı ilə məğlub etmiş, ABŞ və Rusiya idmançılarına isə 0:3 hesabı ilə uduzmuşdu.

Onu da qeyd edək ki, sabah millimiz qrupda sonuncu görüşünü Tailand millisinə qarşı keçirəcək. Bakı vaxtı ilə saat 14:20-də başlayacaq görüşdə qələbə qazansaq, yığmamız növbəti mərhələyə adlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru