Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub - NƏTİCƏLƏR

4-10-2018, 07:17           
Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub - NƏTİCƏLƏR
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.

"Report" xəbər verir ki, ikinci oyun günündə 8 qarşılaşma baş tutub.

Turun mərkəzi görüşü İngiltərədə "Tottenhem" və "Barselona" klubları (İspaniya) arasında olub. Olduqca baxımlı keçən görüş qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. "Barselona"nın argentinalı forvardı Messi matçda dubl edib.

B qrupunun digər qarşılaşmasında "İnter" (İtaliya) və PSV (Hollandiya) klubları üz-üzə gəlib. Görüş meydan sahiblərinin xeyrinə başa çatıb - 2:1.

A qrupuna gəldikdə isə burada Dortmund "Borussiya"sı Fransa "Monako"sunu qəbul edib. Görüş ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qrupun digər matçında Madridin "Atletiko" komandası "Brügge"ni (Belçika) 3:1 hesabı ilə məğlub edib.

Günün digər oyunlarının nəticələri: "Portu" (Portuqaliya) – "Qalatasaray" (Türkiyə) – 1:0, "Lokomotiv" (Rusiya) – "Şalke" (Almaniya) - 0:1. "Napoli" (İtaliya) – "Liverpul" (İngiltərə) – 1:0, PSJ (Fransa) – "Srvena Zvezda" (Serbiya) - 6:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru