"Arsenal”ın məşhur futbolçusu Mesut Özil 17 milyondan çox izləyicisi olan "İnstagram" səhifəsində Azərbaycanla bağlı paylaşım edib. AzVision.az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi hesabında "Axşamınız xeyir, Bakı, Azərbaycan!" paylaşımı ilə diqqət çəkib. Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - ”Arsenal” oyunu saat 20:55-də başlayacaq.