Azərbaycan UEFA-nın yeni reytinq siyahısında bir pillə geriləyib

5-10-2018, 07:59           
Azərbaycan UEFA-nın yeni reytinq siyahısında bir pillə geriləyib
Avropa Liqasında qrup mərhələsinin II tur qarşılaşmalarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

"Report"un məlumatına görə, Azərbaycan siyahıda bir pillə geriləyərək, 18,500 xalla 27-ci mövqeyə enib. Əvəzində eyni xala malik Qazaxıstan 26-cı pilləyə yüksəlib.

Dəyişikliyə "Qarabağ"ın İngiltərə "Arsenal"ına 0:3 hesablı məğlubiyyəti və "Astana"nın Fransa "Renn"ini 2:0 hesabı ilə yenməsi səbəb olub.

Qeyd edək ki, siyahıya 89,712 xalla İspaniya başçılıq edir. İngiltərə 67,748 xalla ikinci, İtaliya 67,725 xalla üçüncü pillədə qərarlaşıb. Türkiyə isə 32,200 xalla 10-cudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru