“Bu axşam çox mehriban qarşılandıq!” - Özil Bakıdan yazdı

5-10-2018, 12:05           
“Bu axşam çox mehriban qarşılandıq!” - Özil Bakıdan yazdı
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Bakı Olimpiya Stadionunda Ağdamın “Qarabağ” klubu ilə qarşılaşan İngiltərənin “Arsenal” komandasının türk əsilli futbolçusu Məsud Özil Azərbaycanla bağlı yenidən status paylaşıb.
AzVision.az xəbər verir ki, futbolçu “Twitter”dəki şəxsi səhifəsində ingilis dilində yazıb: “Bu axşam çox mehriban qarşılandıq. Bakı Olimpiya Stadionu, çox sağ ol!”

Xatırladaq ki, oktyabrın 4-də keçirilən görüşdə “Arsenal” klubu 3:0 hesabı ilə qələbə qazanıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru