"Vecimə deyil, mən Həbibi rüsvay etmək istəyirdim” - Makqreqor döyüşdən sonrakı davadan danışdı

7-10-2018, 15:38           
"Vecimə deyil, mən Həbibi rüsvay etmək istəyirdim” - Makqreqor döyüşdən sonrakı davadan danışdı
Qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə rusiyalı Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında keçirilən görüşdə rəqibinə məğlub Makqreqor məğlubiyyəti həddən artıq emosional şəkildə qarşılayıb.
Axar.az xəbər verir ki, görüşdən sonra UFC prezidenti Deyna Uayt idmançıya təskinlik vermək üçün ona yaxınlaşıb və çox gözəl döyüşdüyünü bildirib.
"Yaxşı döyüşməyim mənim vecimə belə deyil. Mən onu rüsvay etmək istəyirdim”, - Makqreqor UFC prezidentinin sözlərinə sərt şəkildə cavab verib.
Qeyd edək ki, döyüşün dördüncü raundunda Həbib Nurməhəmmədov boğucu fənd tətbiq edərək rəqibini məğlub edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru