Kilian Mbappe 14 dəqiqə ərzində 4 qol vurub

8-10-2018, 07:55           
Kilian Mbappe 14 dəqiqə ərzində 4 qol vurub
Futbol üzrə Fransa çempionatının 9-cu turunda PSJ öz meydanında "Lion"u qəbul edib.

“Report” xəbər verir ki, Parisin "Park de Prens" stadionunda keçirilən görüş ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qalib komandanın heyətində qollardan dördünü Kilian Mbappe vurub. O, 14 dəqiqə ərzində (61, 66, 69 və 74) poker edib. Komandanın daha bir qoluna isə braziliyalı forvard Neymar imza atıb.

Beləliklə, PSJ I Liqada ardıcıl 9-cu qələbəsini qazanıb, "Lion"nun isə dörd oyunluq məğlubiyyətsizlik seriyası (2 qələbə, 2 heç-heçə) başa çatıb.

PSJ hazırda 27 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb, "Lion" isə 14 xalla 6-cıdır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru