“Qızıl top” mükafatına bu futbolçular namizəd göstərildi

8-10-2018, 20:20           
“Qızıl top” mükafatına bu futbolçular namizəd göstərildi
"France Football” jurnalının versiyasına görə, "Yuventus” klubunun hücumçusu Kriştianu Ronaldo və "Real Madrid”in uelsi hücumçusu Qaret Beylin adı "Qızıl top”mükafatı namizədləri arasına salınıb.

Sfer.az xəbər verir ki, namizədlər arasında qapıçı Alisson (Braziliya, "Liverpul”), Tibo Kurtua (Belçika, "Real”), müdafiəçi Dieqo Qodin (Uruqvay, "Atletiko”), yarımmüdafiəçi Eden Azar (Belçika, "Çelsi”), Kevin de Brüyne (Belçika, "Mençester Siti”), N’Qolo Kante (Fransa "Çelsi”), İsko (İspaniya, "Real”), hecumçu Antuan Qrizman (Fransa, "Çelsi”), Harri Keyn (İngiltərə, "Totenhem”), Serxio Aquero (Argentina "Mançester Siti”), Kərim Benzema (Fransa "Real”), Edinson Kavani (Uruqvay, PSJ), Roberto Firminonun (Braziliya "Liverpul”) adları var.

"Qızıl top” mükafatlandırma mərasimi 3 dekabrda Parisdə keçiriləcək. Mərasimdə ilk dəfə ən gənc futbolçu və ən yaxşı qadın futbolçuya mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, "France Football” jurnalı bu mükafatı 1956-cı ildən təqdim edir. Mükafatın ilk sahibi ingilis futbolçu Stenli Metyüz olub. Lionel Messsi və Kriştianu Ronaldo isə hər biri 5 dəfə "Qızıl top” mükafatının sahibi olublar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.