Həbibin döyüşdüyü gün Türkiyə mediasının gündəmini zəbt edən azərbaycanlı "Tank" - FOTOLAR

8-10-2018, 20:40           
Həbibin döyüşdüyü gün Türkiyə mediasının gündəmini zəbt edən azərbaycanlı "Tank" - FOTOLAR
Azərbaycan Kikboksinq Federasiyasının üzvü, bir sıra beynəlxalq yarışların qalibi, dünya çempionu Xəyal Əhmədovun və yüngül çəkidə Mütləq Döyüş Çempionatında (UFC) döyüşən dağıstanlı Həbib Nurməhəmmədovun eyni gündə inamlı qələbə qazanması Türkiyə mətbuatının diqqətindən yayınmayıb.

Publika.az xəbər verir ki, qardaş ölkənin "www.haberiniz.com.tr”, "www.memleket.com.tr” “www.igdirim76.com”, “www.kafkassam.com”, "www.baretdergisi.com”, "www.cuha.com.tr","www.kha.com.tr"kimi saytları hər iki idmançının qələbəsindən yazıb.

Qeyd edilib ki, MMA - qarışıq döyüş növləri və K1 versiyaları üzrə keçirilən beynəlxalq turnirdə Azərbaycanı təmsil edən "Tank" ləqəbli Kikboksçu Xəyal Əhmədov oktyabrın 6-da rinqə çıxıb və Azərbaycan idmanında daha bir uğura imza atıb.

Mətbuat, eyni zamanda, İrlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında baş tutan döyüşə yer verib: “Həbib Nurməhəmmədov və Xəyal Əhmədovun eyni gündə qələbə qazanması tərəfdarların sevincinə səbəb olub. Beləcə, tərəfdarlar bir gündə iki gözəl xəbər alıblar”,- mətbuatda dərc olunan xəbərlərdə belə qeyd edilib.

Türkiyə mətbuatı iki müsəlmanın eyni gündə nüfuzlu beynəlxalq turnirdə inamlı qələbə qazanmasını xüsusi qeyd edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru