Həbib mükafatını alacaq - UFC-nin prezidentindən AÇIQLAMA

9-10-2018, 14:40           
Həbib mükafatını alacaq - UFC-nin prezidentindən AÇIQLAMA
ABŞ-ın Nevada ştatının Atletika komissiyası Həbib Nurməhəmmədovla bağlı qərar verib.

Unikal.org xəbər verir ki, komissiya UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan dağıstanlı döyüşçünün qazandığı mükafatı özündə saxlayır.

Bu barədə UFC-nin prezidenti Deyna Uayt məlumat verib: "Onlar pulu müsadirə ediblər və mükafatın Həbibə verilməməsini düşünürlər. O, bütün məbləği götürə bilməyəcək. Həbib çempionluq kəmərini saxlayacaq, ancaq diskvalifikasiya ediləcək. Çox güman ki, bu 4-6 ay müddətlik olacaq".

Qeyd edək ki, Konor Makqreqor üzərindəki qələbədən sonra Həbib Nurməhəmmədov iki milyon dollar və yayımın satışından hissə qazanmalı idi. O, döyüşdən sonra rəqibinin komandasına hücum edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru