Makqreqor UFC döyüşlərindən bir ay müddətinə uzaqlaşdırıldı –Səbəb

10-10-2018, 07:55           
Makqreqor UFC döyüşlərindən bir ay müddətinə uzaqlaşdırıldı –Səbəb
İrlandiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü Konor Makqreqor UFC döyüşlərindən bir ay müddətinə uzaqlaşdırılıb.


Teref.az Azərtac-a istinadən xəbər verir ki, irlandiyalı döyüşçü tibbi səbəblərə görə döyüşlərdə iştirak edə bilməyəcək.

Xatırladaq ki, oktyabrın 7-də irlandiyalı Konor Makqreqorla keçirilmiş döyüş 30 yaşlı qaydasız döyüşçü, rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. O, dördüncü raundda hakimlərin yekdil qərarı ilə Konor Makqreqor üzərində qalib sayılıb.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Həbib Nurməhəmmədov karyerası ərzində keçirdiyi iyirmi yeddi döyüşdə 27-ci dəfə qalib gəlib. O, 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru