Fərəc Quliyevin klubu ölkəyə saxta dünya çempionları gətirir - İDDİA (FOTO)

10-10-2018, 18:24           
Fərəc Quliyevin klubu ölkəyə saxta dünya çempionları gətirir - İDDİA (FOTO)
Son zamanlar idmançılar saxta "dünya çempionları” ilə mübarizə aparır, onların yalançı qələbələri ilə bağlı sərt fikirlər bildirirlər. Unikal.org-un əldə etdiyi məlumata görə, belə "çempionlar”ı ölkəmizə gətirən klublardan biri də "Bozqurd Fight Club”dur.

Klubun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Gürcüstanda keçirilən Dünya Çempionatında idmançılardan 5-i qələbə qazanıb və dünya çempionu tituluna sahib olub. Çempion olanlar arasında gənclər və yeniyetmələr də var.

Apardığımız araşdırmaya görə, son 2 ilə yaxındır Azərbaycanın gənclər və yeniyetmələrdə "free-fighting” üzrə dünya çempionu olmayıb.

Nəzərinizə çatdıraq ki, "Bozqurd Fight Club”un rəhbəri millət vəkili Fərəc Quliyevdir. O, ötən il yarışdan qayıdan, özlərini dünya çempionu kimi təqdim edən idmançıları qəbul etmişdi.

Maraqlısı ondadır ki, "Free-Fighting”in beynəlxalq qurumunun 2017-ci ilin dekabr ayında Gürcüstanda keçirilən dünya çempionatından xəbəri yoxdur.

Məsələ ilə bağlı klubun prezidenti, deputat Fərəc Quliyevin özü ilə əlaqə saxladıq. O Unikal.org-a açıqlamasında saxta çempionların olması ilə bağlı məlumatları təkzib edib və başqa suala cavab verməyəcəyini deyib.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru