UEFA Millətlər Liqasında III tura start veriləcək

11-10-2018, 07:35           
UEFA Millətlər Liqasında III tura start veriləcək
Bu gün UEFA Millətlər Liqasında III tura start veriləcək.

"Report" xəbər verir ki, ilk oyun günündə 4 liqada 7 qarşılaşma baş tutacaq.

D Liqasında mübarizə aparan Azərbaycan yığması səfərdə Farer adaları ilə üz-üzə gələcək. Qrupun digər matçında isə Kosovo Maltanı qəbul edəcək.

İki oyundan sonra milli komandamız qrupda 2 xalla III pillədə qərarlaşıb. Kosova 4 xalla turnir cədvəlinə başçılıq edir. Farer adalarının 3 xalla ikinci, Malta isə 1 xalla sonuncudur.

İlk oyun günündə A Liqasında bir qarşılaşma təşkil olunacaq. Polşa doğma meydanda Portuqaliya ilə münasibətlərə aydınlıq gətirəcək. Poruqaliya 3 xalla qrupda liderdir. Polşa və İtaliyanın isə hərəyə 1 xalı var.

Günün digər maraqla gözlənilən matçı isə B liqasında reallaşacaq. Rusiya evdə İsveçlə qarşılaşacaq. Şimal qonşularımız bir oyuna 3 xalla liderdir. Qrupda iki oyun keçirən Türkiyənin də 3 xalı mövcuddur. İsveçin isə hələ ki, xalı yoxdur.

UEFA Millətlər Liqası

III tur

A Liqası

3-cü qrup

22:45. Polşa - Portuqaliya

Xal durumu: Portuqaliya - 3 xal (1 oyuna), İtaliya - 1 (2), Polşa - 1 (1)

B Liqası

2-ci qrup

22:45. Rusiya - İsveç

Xal durumu: Rusiya - 3 xal (1 oyuna), Türkiyə 3 (2) İsveç - 0 (1)

C Liqası

1-ci qrup

22:45. İsrail - Şotlandiya

Xal durumu: Şotlandiya - 3 xal (1 oyuna), Albaniya - 3 (2), İsrail - 0 (1)

4-cü qrup

22:45. Litva - Rumıniya

22:45. Monteneqro - Serbiya

Xal durumu: Monteneqro - 4 xal, Serbiya - 4, Rumıniya - 2, Litva - 0

D Liqası

3-cü qrup

22:45. Farer adaları - Azərbaycan

22:45. Kosovo - Malta

Xal durumu: Kosovo - 4 xal, Farer adaları - 3, Azərbaycan - 2, Malta - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru