Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi

12-10-2018, 07:03           
Rusiya yığmasının hücumçusu həbsxanaya göndərildi
Moskvadakı kafelərdən birində dava salan Rusiya millisinin və “Zenit” klubunun hücumçusu Aleksandr Kokorinlə “Krasnodar” klubunun yarımmüdafiəçisi Pavel Mamayev iki ay müddətinə həbs olunub.

Oxu.Az xəbər verir ki, hər iki futbolçu dekabrın 8-dək həbsdə qalacaq.

Qeyd edək ki, oktyabrın 8-də Kokorin və Mamayev iki davada iştirak ediblər. Əvvəlcə futbolçular başqa üç nəfərlə birlikdə teleaparıcı Olqa Uşakovanın sürücüsünü döyüblər. 33 yaşlı Vitali Salovçuk ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Sonra isə onlar Moskvadakı kafelərdən birinə gediblər və orada Sənaye və Ticarət Nazirliyinin departament rəhbəri Denis Pakı və Avtomobil və Avtomotor Mərkəzi elmi tədqiqat institutunun direktoru Sergey Qaysinlə dalaşıblar. Kokorin Paka stulla zərbə endirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru