Farer adaları millisinin baş məşqçisi Azərbaycana uduzduqdan sonra mətbuat konfransına gəlməyib

12-10-2018, 07:08           
Farer adaları millisinin baş məşqçisi Azərbaycana uduzduqdan sonra mətbuat konfransına gəlməyib
Farer adaları yığmasının baş məşqçisi Lars Olsen Azərbaycanla UEFA Millətlər Liqasının III tur oyunundan sonra mətbuat konfransına gəlməyib.

"Report"un məlumatına görə, 57 yaşlı mütəxəssis qarşılaşmanın ardından stadionu tərk edib.

Farer adaları Futbol Federasiyasının nümayəndəsi Olsenin jurnalistlər önünə çıxmayacağını bildirib.

Farer adaları Azərbaycan millisinə 0:3 hesabı ilə uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru