UEFA PSJ - "Srvena Zvezda" qarşılaşmasının danışılmış oyun olmasından şübhələnir

13-10-2018, 07:32           
UEFA PSJ - "Srvena Zvezda" qarşılaşmasının danışılmış oyun olmasından şübhələnir
UEFA bildirib ki, Çempionlar Liqasında qrup mərhələsində PSJ (Fransa) – "Srvena Zvezda" (Serbiya) qarşılaşması danışılmış oyun ola bilər.

"Report" xəbər verir ki, bu barədə "L'Equipe" mənbəyə istinadən məlumat yayıb.

Oktyabrın 3-də keçirilmiş oyun fransızların 6:1 üstünlüklü qələbəsi ilə başa çatıb. Mənbənin məlumatına görə, Belqrad təmsilçisinin yüksək vəzifəli nümayəndələrindən biri komandasının beş qol fərqi ilə məğlub olması üçün 5 milyon avro pul qoymaq istəyib. Fransada bu oyunun danışılmış ola bilməsi ilə bağlı araşdırma başlayıb.

Xatırladaq ki, Futbol üzrə Belçika çempionatının yüksək dəstəsində də danışılmış oyunlar qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru