UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib

13-10-2018, 07:51           
UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib
UEFA Millətlər Liqasında III turun növbəti matçları keçirilib.

"Report" xəbər verir ki, ikinci oyun günündə 4 liqada 7 qarşılaşma baş tutub. Bu dəfə oyunlar elə də məhsuldar alınmayıb. Qapılara cəmi 9 qol vurulub.

Azərbaycan milli komandasının yer aldığı D Liqasında Belarus Lüksemburqu 1, Moldova San Marinonu 2 cavabsız topla yenib. Bununla da Belarus liderliyi ələ alıb.

A Liqasında son dünya çempionatının bürünc mükafatçısı Belçika evdə İsveçrəyə Romelu Lukakunun "dubl"u sayəsində 2:1 hesabı ilə qalib gələrək, vahid liderə çevrilib. Bu həm də gecənin ən məhsuldar oyunu olub.

Xorvatiya isə doğma azarkeşlər önündə İngiltərə ilə qolsuz heç-heçə edib. Bununla da hər iki komanda ilk xallarını qazanıb.

B Liqasında Avstriya Şimali İrlandiyaya, C Liqasında Yunanıstan Macarıstana evdə, Finlandiya isə Estoniyaya səfərdə minimal hesabla qalib gəlib.

UEFA Millətlər Liqası, III tur

A Liqası

2-ci qrup

22:45. Belçika - İsveçrə - 2:1

Qollar: Romelu Lukaku, 58; 84 - Mario Qavranoviç, 76

Xal durumu: Belçika - 6 (2 oyuna), İsveçrə - 3 (2), İslandiya - 0 (2)

4-cü qrup

22:45. Xorvatiya - İngiltərə - 0:0

Xal durumu: İspaniya - 6 xal (2 oyuna), İngiltərə - 1 (2), Xorvatiya - 1 (2)

B Liqası

3-cü qrup

22:45. Avstriya - Şimali İrlandiya - 1:0

Qol: Marko Arnautoviç, 71

Xal durumu: Bosniya və Herseqovina - 6 xal (2 oyuna), Avstriya - 3 (2), Şimali İrlandiya - 0 (2)

C Liqası

2-ci qrup

22:45. Estoniya - Finlandiya - 0:1

Qol: Teemu Pukki, 90+1

22:45. Yunanıstan - Macarıstan - 1:0

Qol: Kostas Mitroğlu, 65

Xal durumu: Finlandiya - 9 xal (3 oyuna), Yunanıstan - 6 (3), Macarıstan - 3 (3), Estoniya - 0 (3)

D Liqası

2-ci qrup

22:45. Belarus - Lüksemburq - 1:0

Qol: Anton Saroka, 43

22:45. Moldova - San Marino - 2:0

Qollar: Radu Ginsari, 31; 67

Xal durumu: Belarus - 7 xal (3 oyuna), Lüksemburq - 6 (3), Moldova - 4 (3), San Marino - 0 (3).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru