"Aktobe”nin futbolçusu Reynaldo yenidən “Qarabağ”da çıxış etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə braziliyalı oyunçu Xəzər TV-yə bildirib.
Reynaldonun noyabrda Qazaxıstan klubu ilə müqaviləsinin müddəti başa çatacaq. Braziliyalı futbolçu bu günlərdə “Qarabağ”ın bazasında olub, komanda rəhbərliyilə görüşüb.