Kadırovdan gözlənilməz təklif

13-10-2018, 09:33           
Kadırovdan gözlənilməz təklif
Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda həbsdə olan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevi “Axmat” futbol klubuna götürməyə hazır olduğunu bəyan edib.

Cebhe.info “İnterfax”a istinadən xəbər verir ki, Kadırov futbolçuların cinayət işinin necə yekunlaşacağının qərarına təsir etməyəcəyini bildirib.

“Mən “Axmat” klubunun rəhbərliyi ilə məsləhətləşdim. Kokorin və Mamayev azadlığa çıxacaqları gün - istər bu gün, istər də xeyli vaxt sonra komandamıza gələ bilərlər.

Onlardan ulduz oyun və qollar gözləmirik. Məqsədimiz gənclərə normal həyata dönməyə kömək etməkdir”, - deyə o vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru