Teymur Rəcəbov Avropa çempionatına niyə aparılmadı? - SƏBƏB

13-10-2018, 19:28           
Teymur Rəcəbov Avropa çempionatına niyə aparılmadı? - SƏBƏB
Xəbər verdiyimiz kimi, dünəndən etibarən Yunanıstanda klublararası Avropa çempionatı start götürüb.
Millimizin və Avropa çempionatında iştirak edən “Odlar Yurdu” klubunun aparıcı üzvlərindən olan Teymur Rəcəbov son anda Yunanıstana aparılmayıb.
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov açıqlamasında bunun səbəbini onun müalicə alması ilə əlaqələndirib.
O bildirib ki, Rəcəbov Şahmat Olimpiadasından sonra özü bu istəklə çıxış edib.
Qeyd edək ki, Teymur Rəcəbovu bu yarışda Cahangir Ağarəhimov əvəzləyib. Lakin Ağarəhimov həm də “Odlar Yurdu”nun kişi komandasının kapitanıdır. Buna görə onun yarışda oyunçu kimi mübarizə aparması real görünmür.
(Oxu.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru