Həbib Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən! - FOTO

13-10-2018, 19:39           
Həbib Nurməhəmmədov 2 milyon dolları almadı, yazdı: Sən əsl kişisən! - FOTO
"50 Cent" kimi tanınan məşhur amerikalı reper Körtis Cekson hesab edir ki, Konor MakQreqor üzərində qələbəyə görə mükafat olan 10 milyon dolları UFC-nin Həbib Nurməhəmmədova hələ də verməməsi ədalətsizlikdir.

"50 Cent" Twitter akkauntunda yazıb:

"UFC-nin Həbiblə davranışı düz deyil, çünki onlar Konorla belə davranmırlar. Əgər Həbib mənim üçün "Bellator"da döyüşsə, 2 milyon dollar nağd ödəyirəm. UFC bu işdə yeganə oyunçu deyil. Müqavilə ilə bağlı məsələni həll edərik. Zübeyri də götürərik".

Həbib Nurməhəmmədov isə reperə belə cavab verib: "Əsl kişilərin harada böyüdüklərini görmək istəyirsənsə - səni Dağıstana dəvət edirəm. ABŞ-a gələndə sənə xəbər edəcəyəm. Dəstəyə görə sağ ol, sən əsl kişisən!"

Oktyabrın 6-da Nurməhəmmədov irlandiyalı Konor MakQreqoru UFC çempionu titulu uğrunda döyüşün 4-cü raundunda məğlub edib. Lakin NSAC hələ də dağıstanlı döyüşçünün qonorarırı ödəməyib.

Həbib Nurməhəmmədov UFC-yə ultimatum yollayaraq bildirib ki, əgər MakQreqorla döyüşdən sonrakı davaya görə onun dostu və sparrinq-tərəfdaşı Zübeyr Tuhuqov təşkilatdan kənarlaşdırılarsa, o da UFC-ni tərk edəcək.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru