Cəbəllütariq millisi səfərdə Ermənistanı məğlub edərək tarixində ilk rəsmi qələbəsini qazanıb

14-10-2018, 08:54           
Cəbəllütariq millisi səfərdə Ermənistanı məğlub edərək tarixində ilk rəsmi qələbəsini qazanıb
Futbol üzrə Ermənistan millisi UEFA Millətlər Liqası çərçivəsində ikinci dəfə məğlub olub.

“Report” xəbər verir ki, Ermənistan yığması qrup mərhələsinin 3-cü turunda İrəvanın "Respublika" stadionunda FİFA reytinqində 198-ci pillədə qərarlaşmış Cəbəllütariq millisinə sensasiyalı şəkildə uduzub.

Oyunun 50-ci dəqiqəsində vurulan yeganə qolun müəllifi Cəbəllütariqin "Linkoln Red İmps" klubunda çıxış edən müdafiəçi Jozef Çipolina olub.

Cəbəllütariq millisi 4-cü qrupun potensial autsayderi hesab edilirdi.

Ermənistan millisi Millətlər Liqasının ilk matçında Lixteynşteyni 2:1 hesabı ilə məğlub edib, ardınca isə Makedoniyaya 0:2 uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru