Useyn Bolt futbol karyerasına FIRTINA KİMİ BAŞLADI - VİDEO

14-10-2018, 09:51           
Useyn Bolt futbol karyerasına FIRTINA KİMİ BAŞLADI - VİDEO
Qaçış üzrə 8 qat Olimpiya və 11 qat dünya çempionu Useyn Bolt futbolçu kayerasına qolla başlayıb.

Publika.az xəbər verir ki, Bolt Avstraliyanın "Sentral Kost Mariners" klubundakı debüt oyununda fərqlənib. O, "Makartur Saut Vest Yunayted"lə yoldaşlıq oyununun 57-ci dəqiqəsində adını tabloya yazdırıb. 11 dəqiqədən sonra yamaykalı sabiq atlet dublunu rəsmiləşdirib. Komandası isə 4:0 hesabı ilə qələbə qazanıb.

Bolt Avstraliya klubuyla bu ilin iyulunda müqavilə bağlayıb. O, 100 metr (9,58 san) və 200 metr (19,19) məsafələrə qaçış üzrə dünya rekordunun müəllifidir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru