Bakı-Yevlax yolunda qar və duman səbəbindən zəncirvari qəza olub

17-02-2019, 12:05           
Bakı-Yevlax yolunda qar və duman səbəbindən zəncirvari qəza olub
Bakı-Şamaxı-Yevlax yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şirvan bürosunun məlumatına görə, zəncirvari qəza yolun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yolun qarlı və dumanlı olması səbəbindən Şamaxı istiqamətində hərəkətdə olan “Ford” markalı maşın beton arakəsməyə dəyərək əzilib. Avtomobili ərazidən təxliyyə etməyə gələn evakuator hadisə yerində dayanan zaman, “Opel” və “Lada” markalı iki minik avtomobili arxadan ona çırpılıb. Nəticədə maşınların 4-dü də əzilib.

Qəza zamanı 1991-ci il təvəllüdlü Şəki rayon sakini Mirhəmədov Rövşən Hacı oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru