Terrorçular buraxılış məntəqəsinə basqın etdi - 7 POLİS ÖLDÜRÜLDÜ
17-02-2019, 12:56
Əfqanıstanda növbəti terror aktı törədilib.
Publika.az xəbər verir ki, "Taliban" terror qruplaşmasının üzvləri Bəlx vilayətində nəzarət-buraxılış məntəqəsinə basqın edib. Hücum nəticəsində azı 7 polis əməkdaşı ölüb.
Bildirilir ki, basqından sonra ərazidə silahlı qarşıdurma olub. Geri çəkilən terrorçuların bir neçəsi yaralanıb.