Gürcüstan turizmdən 333,7 milyon dollar gəlir götürüb - Üç ayda

7-04-2019, 21:49           
Gürcüstan turizmdən 333,7 milyon dollar gəlir götürüb - Üç ayda
Bu ilin yanvar-mart aylarında Gürcüstana 1,6 milyon xarici vətəndaş səfər edib. Bu, 2018-ci ilin ilk üç ayı ilə müqayisədə 2,2 faiz çoxdur.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb. Bundan başqa, üç ay ərzində ölkəyə Gürcüstan diasporunun 117,8 min nümayəndəsi gəlib.

Turizm administrasiyasının məlumatına görə, ölkəyə gələn xarici vətəndaşların hesabına Gürcüstan üç ayda 333,7 milyon dollar gəlir əldə edib. Turizm gəlirləri 2018-ci ilin eyni dövrünə nisbətən 15 milyon dollar artıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.