Ermənistanda 46 yaşlı kişi amansızlıqla öldürülərək cəsədi yandırılıb

9-04-2019, 07:56           
Ermənistanda 46 yaşlı kişi amansızlıqla öldürülərək cəsədi yandırılıb
Ermənistanda 46 yaşlı kişi amansızlıqla öldürülərək cəsədi yandırılıb.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, hadisə Alaverdi şəhərində baş verib.

Belə ki, 46 yaşlı Arsen Sardaryan çoxsaylı bıçaq xəsarətləri ilə öldürülüb. Qatil bundan sonra onun cəsədini yandırıb.

Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı Kamo Kiraksyan saxlanılıb.

Daha əvvəl Yerevanda naməlum şəxsin açdığı atəş nəticəsində Ermənistan ordusunun zabiti yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru