Albaniyada silahlı şəxslər təyyarəyə hücum edib

10-04-2019, 07:51           
Albaniyada silahlı şəxslər təyyarəyə hücum edib
Albaniyanın paytaxtı Tiran şəhərində yerləşən hava limanında naməlum silahlı şəxslər “Avstriya Hava Yolları”na məxsus təyyarəyə hücum edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, maskalı şəxslər təyyarənin göyərtəsinə qalxaraq işçiləri silahla hədələyib və yük yerində olan bir neçə milyon avronu götürərək hadisə yerindən qaçıblar.

Qeyd olunub ki, cinayətkarlar qaçan zaman polislərlə qarşılaşıblar və nəticədə tərəflər arasında atışma baş verib.

Atışmada bir cinayətkar məhv edilib, ekipaj üzvləri və sərnişinlərdən xəsarət alan olmayıb. Qeyd olunub ki, oğurlanan pulların miqdarı 2-10 milyon avro arasındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru