Ərəb təyyarələri Sanada qiyamçıların mövqelərinə zərbə endirib 10-04-2019, 08:10 Səudiyyə Ərəbistanının başçılıq etdiyi hərbi koalisiya Yəmən paytaxtı Sanada yerləşən qiyamçı-xusitlərin mövqelərinə hava zərbələri endirib.ONA TASS-a istinadən xəbər verir ki, zərbələr nəticəsində insan tələfatı və dağıntılar mövcuddur.Koalisiya xusitlərin hərbi bazalarına və nəqliyyat vasitələrinə hücum edib, 2 hərbi yük maşını məhv edilib. Facebook-da paylaş