Xəzərin dibindən 445 ton ağırlığında inanılmaz tapıntı - FOTO

11-04-2019, 00:00           
Xəzərin dibindən 445 ton ağırlığında inanılmaz tapıntı - FOTO
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasına məxsus gəmilər dənizin dibindən batmış gəmi hissələri çıxarıblar.
QSC-dən "Kommersant.az"-a verilən məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında üç gəmi korpusu çıxarılıb.

Korpuslar müvafiq olaraq 180, 200, 65 ton olub. Batmış hissələri əvvəlcə dalğıclar kəndirlə bağlayıb, daha sonra kran gəmisinin köməkliyi ilə onlar "Barja-701” barjının göyərtəsinə qoyulub. Yedək gəmiləri ilə barjdakı gəmi hissələri sahilə çatdırılaraq metal qırıntısı kimi təhvil verilib.

Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının "Qurban Abasov”, "Socar-1”, "Barja-701”, "Hövsan-5”, "Abşeronskaya-6”, "SPK-47/25”, "Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.

Qeyd edək ki, ətraf mühitin qorunması ASCO üçün əsas davamlı inkişaf meyarlarından biridir. Bu baxımdan ASCO-da ətraf mühitə zərərin vurulmaması üçün mütəmadi zəruri qabaqlayıcı tədbirlər görülür. Gəmilərin istismarı zamanı yaranan müxtəlif çeşidli bərk və maye tullantıların, habelə qaz atqılarının su mənbələrinə, qrunta və atmosferə ekoloji təsirlərinin minimuma endirilməsi daim çox ciddi diqqət mərkəzində saxlanılır.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.