Ağdaşda hamilə qadın özünü çaya ataraq intihar edib

11-04-2019, 10:58           
Ağdaşda hamilə qadın özünü çaya ataraq intihar edib
Ağdaşda intihar hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə saat 03:00 radələrində qeydə alınıb. Rayonun Nehrəxəlil kənd sakini, 1995-ci il təvəllüdlü İslamova Səidə Ağaməmməd qızı özünü rayon ərazisindən keçən Türyançay çayına atıb. Nəticədə qadın boğularaq ölüb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Qadının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, S.İslamova yeddi aylıq hamilə imiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru