Diktator öz yerində qaldı: Baş naziri isə dəyişdi

12-04-2019, 08:39           
Diktator öz yerində qaldı: Baş naziri isə dəyişdi
Kim Çen In növbəti dəfə ŞimaliKoreya Dövlət Şurasının sədri seçilib. Cebhe.info xarici KİV-ə istinadən bildirir ki, Yüksək Ali Məclis ölkəyə həm də yeni baş nazir təyin edib və konstitusiyaya baxıb.

Nazirlər Kabinetinin yeni başçısı Kin Çje Ren olub. O, bu vəzifədə Pak Pon Çjunu əvəzləyib.

1982-ci il doğumlu olduğu bildirilən, ancaq təvəllüdü ilə bağlı mübahisələrin olduğu Kim Çen ölkəyə 2011-ci ildən rəhbərlik edir.

Ölkə parlamentində 687 deputat təmsil olunur və onlar 5 illik müddətə seçilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru