Bakıda polis uşaqları ilə birgə cümə namazına gələnləri məscidə buraxmadı

12-04-2019, 15:16           
Bakıda polis uşaqları ilə birgə cümə namazına gələnləri məscidə buraxmadı
Müşfiqabad Cümə məscidinə övladları ilə namaza gedənlərin uşaqları məscidə buraxılmayıb.

Bu barədə Avropa.info-ya məscidə cümə namazına gedənlər məlumat verib.

Cümə namazına gedənlərin bir neçəsi övlarlarını da özləri ilə məscidə aparıblar.

"Polis bizə bildirdi ki, 18 yaşına çatmayan uşaqların məscidə girməsi qadağandır. Nə qədər təkid etsək də, polis uşaqları məscidə buraxmadı. Məscidə girə bilməyən uşaqlar valideynlərini məscidin həyətində gözləməyə məcbur oldu", - deyə müraciət edənlər qeyd ediblər.

Valideynlər bildiriblər ki, belə halla ilk dəfədir rastlaşırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru