Dünyanın ən hündür zirvəsinin hündürlüyü yenidən ölçüləcək

13-04-2019, 00:00           
Dünyanın ən hündür zirvəsinin hündürlüyü yenidən ölçüləcək
Nepal hökuməti dünyanın ən yüksək zirvəsi olan Everestə (8848 metr) tədqiqatçılardan ibarət komanda göndərib. Komandaya dağın hündürlüyünün yenidən ölçülməsi tapşırığı verilib.

Bu qərarın səbəblərindən biri Everestin hündürlüyünün xüsusilə 2015-ci ildəki dəhşətli zəlzələdən sonra xeyli azalması ilə bağlı əsassız söz-söhbətlərdir.

Alpinistlər aprelin 10-da yola düşüblər.

Qeyd edək ki, Çin tərəfi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşən Comolonquma (Everest) zirvəsinin əslində bu göstəricidən 3,57 metr alçaq olduğunu bildirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.