Estoniyanın ən yaxşı polisi Rusiya kəşfiyyatçısı çıxdı
13-04-2019, 08:22
Estoniya Təhlükəsizlik Polisinin (KAPO) keçmiş əməkdaşı, qurumun ən yaxşı mütəxəssislərindən biri olan Vladimir Kulikov Rusiyaya casusluq etməkdə şübhəli bilinərək saxlanılıb. Virtualaz.org bildirir ki, bu barədə jurnalistlərə KAPO-nun rəhbəri Arnold Sinisalu məlumat verib.
“Kulikovu Rusiya xüsusi xidmət orqanlarına işləməkdə şübhəli kimi saxlayıblar. İstintaqın gedişatında dövlətə xəyanətin əlamətləri üzə çıxa bilər, amma hələ ki onları təsdiq etmək olmaz”, – “İnterfaks” Sinisalunun sözlərini sitat gətirib.
KAPO rəhbəri əlavə edib ki, keçmiş işçisi əməkdaşlığa, istefasından sonra Rusiyaya etdiyi səfərləri zamanı cəlb oluna bilərdi.
Utro.ru portalı isə xatırladır ki, Kulikov 1995-ci ildə təhlükəsizlik polisinin ən yaxşı işçisi olub. Daha sonra xüsusi xidmətinə görə Qartal Xaç ordeni ilə təltif edilib. Keçmiş kəşfiyyat məmuru 2012-ci ildə təqaüdə çıxıb və cüdo üzrə məşqçi olub.