İmişlidə qadın qətlə yetirilib, onu morqa gətirən şəxs isə bıçaqlanıb

14-04-2019, 09:15           
İmişlidə qadın qətlə yetirilib, onu morqa gətirən şəxs isə bıçaqlanıb
Ötən gün axşam saatlarında İmişli şəhərində qətl hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun 1990-cı il təvəllüdlü Ölcələr kənd sakini Məmmədova Vahidə Mahmud qızı qətlə yetirilərək Araz çayı sahilinə atılıb.

Daha sonra meyiti morqa gətirən 1994-cü il təvəllüdlü Qulubəyli kənd sakini Surxayzadə Anar Füzuli oğlu da bıçaqlanıb.

İlkin məlumata görə, qadını rayonun Qulubəyli kənd sakini, 1994-cü il təvəllüdlü Seyidov Orman Nəriman oğlu qətlə yetirib. Meyiti gətirən sürücü A.Surxayzadəni isə qətlə yetirilmiş qadının əri Məmmədov Ümidvar Mustafa oğlu bıçaqlayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru