Neftçalada ata oğlunu xəstəxanalıq etdi

14-04-2019, 10:53           
Neftçalada ata oğlunu xəstəxanalıq etdi
Dünən axşam saatlarında Neftçala rayonun Yuxarı Qaramanlı kəndində ata oğluna ağır xəsarət yetirib.

Teref.az Virtualaz.org-a istinadən xəbər verir ki, kənd sakini Sakit Kazımov aralarında baş vermiş münaqişə zəminində 28 yaşlı oğlu Zahid Kazımova baş nahiyəsindən bellə xəsarət yetirib.

Ağır xəsarət alan Zahid Kazımov Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Hadisə baş verən vaxt Z.Kazımovun sərxoş vəziyyətdə olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.