Belçikada terror həyəcanı - Polis son anda zərərsizləşdirdi

15-04-2019, 08:41           
Belçikada terror həyəcanı - Polis son anda zərərsizləşdirdi
Belçika polisi Brüsseldə terrorizmlə əlaqədar iş çərçivəsində 22 yaşlı şübhəli şəxsi saxlayıb.

Teleqraf.com-un məlumatına görə, polis tərəfindən saxlanılan Vavr şəhərinin sakini şənbə və ya bazar günü terror aktının hazırlanmasında şübhəli bilinir.

Keçirilən baxış zamanı şübhəli şəxsin telefonu və noutbuku götürülüb.

Qeyd edək ki, Vavr şəhərində böyük atraksionlar parkı yerləşir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.