Qəbul imtahanında az bal topladı, özünü öldürdü - Dəhşəti intiharın təfərrüatı

17-06-2019, 00:09           
Qəbul imtahanında az bal topladı, özünü öldürdü - Dəhşəti intiharın təfərrüatı
Xəbər veridiyimiz kimi, Sabirabad rayonunda məktəbi yenicə başa vurmuş oğlanın intiharı ilə bağlı cinayət işi açılıb.

Ulacalı kənd sakini, 2002-ci il təvəllüdlü Abbasov Yusif Şahid oğlunun yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyması faktı ilə əlaqədar Sabirabad rayon Prokurlruğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

Teref.az Publika.az-a istinadən xəbər verir ki, intiharın bəzi təfərrüatları məlum olub. Bildirilir ki, Y.Abbasov bu il orta məktəbin 11-ci sinfini başa vurub və 14 iyunda məktəbdə keçirilən "Son Zəng" tədbirində iştirak edib. Lakin iyunun 15-də axşam saatlarında o, özünü asaraq intihar edib. 17 yaşlı Yusif bir müddət əvvəl keçirilən qəbul imtahanında zəif nəticə göstəribmiş və qəbul imtahanlarının ikinci mərhələsində iştirak etməyi planlaşdırırmış.

Araşdırmalar davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru