Çində zəlzələ nəticəsində 11 nəfər ölüb 18-06-2019, 07:14 Çinin cənub-qərbində baş vermiş zəlzələ nəticəsində 11 nəfər ölüb, daha 122 nəfər xəsarət alıb."Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.Zəlzələ iyunun 17-də Bakı vaxtı ilə 18:50-də 5,9 maqnituda gücündə Sıçuan və Quyçjou əyalətləri arasında baş verib.Yeraltı təkanların episentri Çannin qəzasından 19 km cənub-şərqdə, ocağı isə 10 km dərinlikdə yerləşib. Facebook-da paylaş